Hörmətli Azəri Blogçular...
Əziz Blogçular Azəri Blogun 1 yaşı münasibətilə planlaşdırılan görüşlər müəyyən səbəblərə görə baş tutmadı. Azəri Blogçular arasında birlik olsa, Aznet inkişaf edər. Bu torpaq biximdi. Bu torpağın inkişafını bizlər təmin etməliyik. Gəlin siz də bizə qoşulun bizim təşkil etdiyimiz və edəcəyimiz görüşlərdə iştirak edin. Fikirlərinzi bizimlə bölüşün, fikirləriniz və fikirlərimiz müzakirə olunsun. Yeniliklərdən xəbərdar olun. Yenilikləri bizlərlə paylaşın. Və ən sonda fikirlərimiz bir olsun ki, məqsədimiz də məlum olsun.
Bizim görüşümüz ümid edirəm ki, çox yaxşı və samballı baş tutacaq. Görüşümüzün vaxtını və yerini biz təyin edəcəyik. Görüş oktyabrın 4 –ü saat 14:30-da baş tutacaq. Onu da qeyd edək ki, görüşün oktyabrin 4 – ü saat neçədə olmağını istəyirsiz? Nəyin və kimlərin olmağını istərdiz? Görüşün predmenti nə olsun? bu suallar ətrafında fikirlərinizi bildirsəniz şad olarıq. Xahiş edirik , kim ki, görüşdə iştirak etmək istəyir: http://some.azeriblog.com/2008/09/08/azeri-blog-chularin-nezerine adresinə daxil olub fikirlərinizi və gəlmək istədiyinizi şərhlər bölməsində yaza bilərsiniz. Əziz blogçular gəlmək istəyinizi bildirin ki, görüşü daha yüksək səviyyədə hazırlayaq. Ümidvarıq ki, blogçular görüşə böyük maraq göstərəcək və iştirak edəcək.
Qeyd: Əziz blogçular əgər görüşə gəlsəz biz sizə əlavə imkanlar da yaradacayıq!P.S Xahiş edirik bu məlumatı blogunuzda yerləşdirərdiniz ki, digər blogçuların da məlumatı olsun Görüşə gələcək bütün blogçulara dərin minnətdarlığımızı bildiririk!





