Reklam verin!
Yazını "XəbərNamə"yə göndər! İyul 4, 2008 17:35 tarixində, Vüsal Məmmədov tərəfindən, "pərdəarxası" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:5

Rusiya mətbuatı prezident Dimitri Medvedyevin səfərini ancaq bir  prizmadan görür və şərh edir: qaz, qaz, yenə də qaz! Ölkənin üç aparıcı qəzeti – “Kommersant”, “İzvestiya” və “Nezavisimaya qazeta”dakı yazıları oxuyanda belə təssürat yaranır ki, sanki Medvedyevin səfərinin yeganə məqsədi Qərblə qaz mübarizəsinin daha bir raundunda qalib gəlmək idi (Əlbəttə, bu, həqiqətdən heç də uzaq deyil). Və bir də belə təəssürat yaranır ki, Rusiya tərəfi buna nail olub.  

Davamı...
Yazını "XəbərNamə"yə göndər! İyun 29, 2008 19:31 tarixində, Vüsal Məmmədov tərəfindən, "pərdəarxası" bölməsində yazılib       Şərhlər(3)      Oxunub:39
Bu dəfəki Avropa Futbol Çempionatı hər baxımdan xeyli fərqli və eyhamlı oldu. Futbolun sadəcə futbol olmadığı, istər ayrı-ayrı dövlətlərin daxilində, istərsə də dünyada gedən proseslərin yaşıl meydanda əksini tapdığı bu dəfə daha aşkar göründü. Xüsusilə də Rusiya və Türkiyənin simasında. Son illərdə davamlı iqtisadi artıma nail olan və Avropaya inteqrasiya iddialarını ciddiləşdirən Türkiyənin milli komandası meydanda etdikləri sanki bu iqtisadi-siyasi proseslərin təzahürünü idi. Türklər inadkarlıq və əzm hesabına Avropanı bütün Çempionat boyu göstərdikləri möcüzələrlə heyrətləndirdilər və yarışı da açıq alınla tərk etdilər. Və bütün səylərə, zəhmətə və həm də metafizik görünən möcüzələrə baxmayaraq, sonda arzulanan məqsədə çatılmamasında sanki bir rəmzilik var idi... Türkiyənin Avropa ilə ilişkilərinə işarə edən bir rəmzilk.Davamı...
Yazını "XəbərNamə"yə göndər! İyun 23, 2008 18:29 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(6)      Oxunub:77

Amerika Birləşmiş Ştatları İraqa hücum edəndə istər dünyada,  istərsə də  Azərbaycanda demək olar ki, hamı bunu birmənalı olaraq, neft faktoru ilə əlaqələndirirdi. Ancaq İraq savaşından artıq 5 ildən bir qədər artıq vaxt keçir və bu günün reallığından baxanda, həmin səbəblərin əslində nələr olduğunu daha yaxşı sezmək mümkündür. Doğrudanmı, dava neft davasıdır? Zənnimizcə, yox. Bu gün düşünməyə tam əsas var ki, əslində ABŞ-ın İraqa girməsi tamam başqa geostrateji məqsədlərə hesablanmışdı. Neft burada heç onunci dərəcəli məsələ də deyildi.

 

Davamı...
Yazını "XəbərNamə"yə göndər! İyun 17, 2008 18:13 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(5)      Oxunub:106

Son günlər İranın ətrafında yaşananlar göstərir ki, savaş mövzusu yenidən gündəmə qayıdır. Özü də Amerika həm diplomatik və siyasi, həm hərbi, həm də məxfi sferalarda ciddi hazırlıq görməkdədir. Bunun ilk açıq əlamətlərindən biri İsrailin baş baziri Ehud Olmertin ABŞ-a səfəri zamanı özün göstərdi. Onunla görüşəndən sonra Corc Buş  bəyan etdi ki, artıq İran probleminin həlli yolunu tapıblar, amma hələ ki, məxfi saxlayacaqlar. Bəs nədir bu yol?

Davamı...
Yazını "XəbərNamə"yə göndər! İyun 13, 2008 14:18 tarixində, Vüsal Məmmədov tərəfindən, "bu da belə..." bölməsində yazılib       Şərhlər(6)      Oxunub:134
Heyif, biz yenə də cəmiyyət olaraq kəsildik, testdən keçə bilmədik;  balalarımız Mərkəzləşdirilmiş Dövlət İmtahanını verə bilmədilər, özümüzsə Cəmiyyət imtahanını. Heç kim inciməsin, amma mən Mərkəzləşdirilmiş İmtahandan kəsilən şagirdlərin böyüklərinin...  offf, bu söz heç yerinə düşmür!.. başbilənlərinin... daha doğrusu, başbilməyənlərinin davranışını bu cür qiymətləndirirəm. Düşünürəm ki, normal cəmiyyətdə normal şagird də başqa cür olmalı idi, normal valideyn də, normal təhsil də!  Davamı...
Yazını "XəbərNamə"yə göndər! İyun 9, 2008 14:55 tarixində, Vüsal Məmmədov tərəfindən, "bu da belə..." bölməsində yazılib       Şərhlər(2)      Oxunub:77

Deyirlər ki, Amerika xalqının qanunpərəst olmasının kökləri həm də onun avtomobilə olan münasibətində gizlənib. Yəni, amerikalıların əksəriyyəti çox erkən yaşlarından maşın sürməyə başlayır (orada qanun 16 yaşından sükan arxasına keçməyə izn verir) və yol hərəkəti qaydalarını öyrənirlər. Və beyinlərinə yerləşir ki, yol hərəkəti qanunları – ilk növbədə sənin özünün təhlükəsizliyin deməkdir, onu pozmaq olmaz! Trafik qaydaları isə, bəlli olduğu kimi, binar məntiq üzərində qurulub: ya olar- ya olmaz, ya yol sənindir – ya onun; və kimsə buna əməl etməyəcəksə, ziyanını özü başda olmaqla, hamı görəcək.

Davamı...
Yazını "XəbərNamə"yə göndər! İyun 4, 2008 17:20 tarixində, Vüsal Məmmədov tərəfindən, "pərdəarxası" bölməsində yazılib       Şərhlər(15)      Oxunub:176

Biz, ümumiyyətlə, çox şeyin haqqında yanlış təsəvvürdəyik və bunlardan biri   sadə camaatın bütün problemlərdə hakimiyyəti günahkar görməsidir. Sanki hakimiyyət – nəsə efemer, əlahiddə bir anlayışdır, sanki hakimiyyətdəkilər bizim aramızdan çıxmayıblar, Marsdan, ya Bauntidən (eyniadlı adanı nəzərdə tuturam) gəliblər, sanki, bugünkü məmur dünən bizlərdən biri olmayıb... Tutalım, rüşvətxor bir məmurla rastlaşanda hamı başlayır hakimiyyətdən gileylənməyə; halbuki, həmin mürtədin bu cür nadürüst olmasında əsas günah payı hansısa virtual “hakimiyyət”in yox, çıxdığı ailənin, oxuduğu məktəbin, böyüdüyü məhəllənin, evləndiyi qadının, dostunun, tanışının, qonşusunun üstünə düşür.  

Davamı...
Yazını "XəbərNamə"yə göndər! May 30, 2008 14:25 tarixində, Vüsal Məmmədov tərəfindən, "bu da belə..." bölməsində yazılib       Şərhlər(23)      Oxunub:275

Xalqı kişilər yox, qadınlar yetişdirir; konkret Azərbaycan xalqında bu cəhət daha qabarıqdır: uşağa tərbiyəni evdə ana verir (ata ən yaxşı halda bu tərbiyə prosesində butaforiyadır), bağçada tərbiyəçi qadın; ibtidai sinif müəllimlərinin az qala 100 faizi qadındır; özünü yenicə tanımağa başlayan gəncin ilk düşdüyü qəza yenə də qadın olur – bir xalqın qızlarının prioritetləri nədirsə (buna axırda qayıdarıq), onların sevgisini qazanmağa çalışan dəliqanlılarının da həyat fəlsəfi  buna uyğun qurulacaq – heç bir şübhəniz olmasın!..

Beləliklə, nə alınır? O alınır ki, bizdə kişilik modeli qadınlarımızın beynindəkinə daha çox uyğundur: əvvəl ana, sonra müəllimələr, sonra sevgililər, sonra arvadlar…

Davamı...
Yazını "XəbərNamə"yə göndər! May 26, 2008 21:00 tarixində, Vüsal Məmmədov tərəfindən, Bölməsiz bölməsində yazılib       Şərhlər(10)      Oxunub:158

Dünyanın ən çox siyasiləşmiş musiqi yarışmasına nəhayət, biz də qatıldıq.  Nəticənin necə olması haqda isə birmənalı fikir demək çətindir – hər şey ondan asılıdır ki, biz “Avroviziya”da iştirakdan nə gözləyirdik. Təbii ki, heç kimin əvvəlcədən qələbə və ya məsələn, ilk üçlüyə düşmək iddiası olmadığı nəzərə alınsa, nəticə pis deyil. Əsas odur ki, biz nə istəyirdik?

Məqsəd Azərbaycanda dünya səviyyəli musiqi şousu hazırlamaq qabiliyyətinin olduğunu göstərmək idisə, ona çatılıb. Əgər milli musiqini təbliğ etmək istəyirdiksə, bizim cütlüyün mahnısında bir muğam boğazından savayı, Azərbaycanı xatırladan heç nə yox idi. Halbuki, son vaxtlar bizimlə düdük davası döyən ermənilər öz mahnılarna tütək səsi salmağı unutmamışdılar.

Davamı...
Yazını "XəbərNamə"yə göndər! May 19, 2008 19:21 tarixində, Vüsal Məmmədov tərəfindən, "bu da belə..." bölməsində yazılib       Şərhlər(29)      Oxunub:330
İndi - bütün zəhmətkeşlərimizin həyəcanlı nəzərlərinin Belqrada dikildiyi, xalqımızın “muğam oxuyan şeytan” və “ağgöz, toyuq qanadlı mələk” kimi milli-mədəni fenomenlərin Qərbdəki məlun burjuyların daş qəlbini yumşalda bilib-bilməyəcəyini həsrətlə gözlədiyi gərgin vaxtlarda mənim ağlıma küfrə daha çox bənzəyən bir sual gəldi. O da bu: doğrudanmı, Eurovision-da yaxşı yer tutmaq bizim üçün bu qədər önəmlidir? Tutmasaq, nə olasıdı ki? Ümumiyyətlə, çilli (vallah, “milli” yazacaqdım, amma belə düşdü, mən də azca fikirləşəndən sonra düzəltmədim) “Eurovision” proyektinə bu qədər diqqət ayırmağa dəyirmi?Davamı...

  Yazılar cəmi: 155    Sonrakı səhifə »