Hormətli Blogçu həmkarlarım,
Məlumatınız varki, sabah 4 oktyabr 2008-ci il tarixində Aytəkin xanımın blogunun və AzəriBlog -un bir yaşını qeyd etmək və bir araya gəlmək məqsədilə goruş keçirilməsi planlaşdırılıb.
Daha ətraflı məlumat verib, qeyd edirəm ki, goruş saat 14:30-da IATP Programinin yeni Internet komputer Mərkəzində keçiriləcək. Mərkəz Korolenko adina Mərkəzi Şəhər Kitabxanasina köçürülüb.
Unvan: Ağasadıq Gəraybəyli küçəsi 71. Gənclik, Ayna Sultanova Heykəlinin yaxın ərazisində
Neqliyyat: Azneft, Bayil Terefden - 288, 88, 271 nömreli avtobus
28 May tərəfden - 318 nömrəli avtobus
MUM tərəfden - 253 nömrəli avtobus
Gənclik M. (Mehmanxana tərəfdən) - # 312, 203, 267, 27 avtobuslar
Qeyd: Kitabxananın yaxınlığında olan məktəblər: 3, 102 ve 276 saylı məktəblər.
Xahiş edirəm, sualı və ya çətinliyi olanlar, bloga yazsınlar, mən əlaqə telefonumu həmin blogçuya bildirərəm.
PS: Şirniyyatı sevənlər uçun goruş zamanı şirniyyatın təşkil olunması nəzərdə tutulub :)
Görüşə gələcək hər bir blogçuya dərin minnətdarlığımızı bildiririk





men gelmirem. 100defe yazmisiz. gel mi re m
Oktyabr 3, 2008 21:03