Reklam verin!

Reklam N 1

Bakıda daha bir partlayış...

Transformatr

                                                             

Bakının Xətai rayonu ərazisində partlayış baş verib. Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, Məzahir Rüstəmov küçəsində yerləşən 138 saylı məktəbin və uşaq bağçasının yaxınlığında transformator partlayıb. 

   P.S. Sizcə bu iki partlayış   arasında hər hansı əlaqə varmı?


Saat 12.55 radələrində baş verən partlayış nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanıb. Dünyasını dəyişən şəxslər transformatorda təmir işləri aparan “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Kamal Bayramov və Elmar İsmayılovdur. Xəsarət alanlar isə Bakı şəhər sakini, 57 yaşlı Cəsur Məmmədov və Pərviz Seyidovdur. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə baş prokurorun I müavini Rüstəm Usubov gedib. Hazırda Fövqəladə Hallar Nazirliyinin, Baş Prokurorluğun və Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparırlar. Partlayışın səbəbləri məlum deyil. Jurnalistlər hadisə yerinə buraxılmayıblar. Hələlik mətbuata heç bir açıqlama verilməyib.

Qeyd edək ki, 6 gün bundan qabaq müsəlmanların toplaşdığı Əbu Bəkr məscidində də partlayış baş vermişdi.  

Açar sözlər: image oartlayış bakı 
Baxış sayı: 260


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha