
Peugeot maşın layihələndirmə yarışmasına təqdim olunan bu maşın xüsusi ilə maşını bir yerə saxlamaqda çətinlik çəkən qadınların çox xoşuna gələcək. Ardından daha ətraflı məlumat ala bilərsiniz...





Peugeot maşın layihələndirmə yarışmasına təqdim olunan bu maşın xüsusi ilə maşını bir yerə saxlamaqda çətinlik çəkən qadınların çox xoşuna gələcək. Maşının layihələndirmələrində məqsəd qeyri-adi maşın yaratmaq və diqqət çəkici olmasına çalışmaqdı. Məsələn, artıq maşın layihələndirməsiylə məşğul olan insanlar yaratdıqları maşınların ətraf mühitə ziyan verməməsinə diqqət yetirirlər və elektriklə işləyən motorlardan istifadə edirlər. Ancaq təəssüf ki elektrikli motorla işləyən maşınaların yola cıxmağını çox gözləyəcəyik. Gördüyünüz maşının yaradıcısı Andrei Francadı. Bu maşının digər maşınlardan fərqinin, bildiyimiz təkərin yerinə bir növ kürənin olmasıdı. Bu kürələrin köməkliyi ilə Peugeot 360 dar və sıxlıq olan yerlərdə daha asan hərəkət edir. Hər birində bir elektrik motoru olan bu üç kürə kompyuter tərəfindən idarə edilir. Motorlar çarxlar üçün cazibə qüvvəsi yaradır və hər çarx qrupu kürələrdən birini istiqamətləndirir. Maşında üç oturacaq var. Öndə oturan iki nəfər ortadakı idarə qolu vasitəsəylə maşını idarə edə bilir. Öz ətrafında dönən bu qol maşına 360 dərəcə dönmək imkanı yaradır. Olduqca futuristik və fərqli görünən Peugeot 360 layihədən istehsala keçib keçməyəcəyini görmək üçün gözləməli olacağıq.