Reklam verin!

Reklam N 1

Əbu Bəkr məscidində partlayış olub

    Bakının Nərimanov rayonu ərazisində yerləşən Əbu Bəkir məscidində partlayış baş verib..   Hadisə bu gün saat 21.00 radələrində, namaz vaxtı baş verib.

Hadisənin şahidlərindən biri 
deyib ki, namaz qılınarkən o da məsciddə olub. Məscidə ard-arda iki əl qumbarası atılıb.


Şahidlərin sözlərinə görə, partlayış baş verən zaman məsciddə 500-ə qədər adam olub. 

Ppartlayış nəticəsində iki nəfər ölüb, 9 nəfər yaralanıb. Yaralılardan birinin 5 saylı şəhər xəstəxanasına, birinin isə Klinik Tibbi Mərkəzə aparaıldığı bəlli olub. Qalan yaralıların hara aparıldığı bilinmir. 

Şahidlər bildiriblər ki, axşam namazı vaxtı 25-30 yaşlarında bir gənc məscidin pəncərəsindən içəri əl qumbarası atıb. Bəzi məlumatlara görə, məscidin imamı Hacı Qamət Süleymanov yüngül xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasedici dəstələri və 2 təcili tibbi yardım maşını gəlib.

Nərimanov rayon prokurorunun müavini Rasim Qurbanov ən azı 2 nəfər ölüb, 9 nəfər yaralının olduğunu bildirib. Hadisə nəticəsində məscidə böyük zərər dəyməsə də, içəri divarlarda partlayışın izləri qalıb. R.Qurbanov deyib ki, hazırda hadisə yerinin ekspertizası və başqa zəruri təhqiqat tədbirləri görülür.

Qeyd edək ki, Əbu-Bəkr vəhhabi təriqətinə mənsub şəxslərin toplaşdığı məscid kimi tanınır.

Açar sözlər: əbu bəkr image partlayış 
Baxış sayı: 242


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha