Reklam verin!

Reklam N 1

“AzTV İdman” kanalı açılır

asdf
          
  Azərbaycanda tezliklə “AzTV İdman” kanalı açılacaq. bu barədə Milli Televiziya və Radio Şurası məlumat yayıb. Məlumatda bildirilir ki, bununla bağlı iyulun 18-də keçirilən iclasda qərar qəbul olunub.

 Azərbaycanda tezliklə “AzTV İdman” kanalı açılacaq. bu barədə Milli Televiziya və Radio Şurası məlumat yayıb. Məlumatda bildirilir ki, bununla bağlı iyulun 18-də keçirilən iclasda qərar qəbul olunub.

İclasda Milli Televiziya və Radio Şurasının 11 aprel 2008-ci il tarixli qərarı ilə idman televiziya kanalının açılması məqsədilə elan edilən müsabiqənin nəticələri müzakirə olunub. Müsabiqədə iştirak edən digər iddiaçılarla müqayisədə daha münasib maddi-texniki bazaya, peşəkar kadr potensialına və idman sahəsində geniş təcrübəyə malik olan “AzTV İdman” telekanalı müsabiqənin qalibi elan olunub. Telekanala lisenziya 6 il müddətinə verilib.

Bu gün Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında bildirib ki, gələcəkdə Şamaxı, Əlibayramlı, Cəlilabad, Neftçala və bu kimi böyük regionlarda da kanallar açmaq düşünülür. Onun dediyinə görə, növbəti parlament seçkilərində namizədlər öz təbliğatlarını bu kanallar vasitəsilə apara biləcək. Gələcəkdə mədəniyyət sahəsi ilə bağlı kanalın da açılacağı düşünülür. N.Məhərrəmli sahə xarakterli kanallarda reklam məsələsinin çətinliyini də qeyd edib.

Açar sözlər: aztv image tv 
Baxış sayı: 252


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha