Alimlər bir xəstəni tam sağaldıblar. Ardında ətraflı...
Xəstə dəri xərçəngi- melanomadan əziyyət çəkirdi və sağalmağa ümidi yox idi. Həkimlər isə onun həyatı üçün mübarizə aparmağı qərara aldılar və qeyri-standart üsula əl atdılar. Əvvəlcə kişidən yad antigenlər daşıyan hüceyrələrin aşkar olunması və məhv edilməsini təmin edən hüceyrələrdən biri olan T-limsfosit nümunəsi götürüldü. Sonra mütəxəssislər laboratoriya şəraitində klonlaşdırma yolu ilə 5 mlrd. T-limfosit yaradaraq xəstəyə köçürdülər.
Artıq iki ay sonra xəstənin səhhəti gözə çarpacaq dərəcədə yaxşılaşdı: yeni hüceyrələr xərçəng hüceyrələrinə qalib gəldi. Ağ ciyər və limfa düyünlərindəki şişlər tamamilə yox oldu, iki il sonra isə xəstəlikdən əsər-əlamət qalmadı.
Düzdür, hələlik alimlər gurultulu bəyanatlar vermirlər və çox ehtiyatla müəyyən proqnozlar irəli sürüblər. Həkimlər hesab edir ki, dünya praktikasında bu ilk presedentə baxmayaraq, söhbət müəyyən formalı xəstəliyi olan konkret xəstədən gedir. Buna görə də metodun digər hallarda da uğurlu olacağını söyləmək hələ ki tezdir. Şübhəsiz ki, əlavə sınaqlar keçirmək tələb olunur.
İmmun sistemi hüceyrələrinin qabiliyyəti ilə bağlı araşdırmalar bundan əvvəl də keçirirlib. Belə ki, 2007-ci ildə Şimali Karolina alimləri bu hüceyrələrdən biri olan qranulositlərin çox uğurla xərçəng hüceyrələri ilə mübarizə apardığını müəyyən ediblər. Alimlər bir neçə nəfərin qanından bu elementləri ayıraraq onları sınaq şüşəsində xərçəng kulturaları (laboratoriya üsulu ilə yetişdiirlən bakteriya) ilə qarışdırıblar. Nəticə son dərəcə heyrətləndirici olub: qranulositlər həvəslə “profillərinə aid olmayan” işə başlayıblar və bir neçə gün sonra bəzi sınaq şüşələrində şiş klonları demək olar ki, yox olub.
Maraqlı budur ki, nəticələr çox fərqlidir. Bəzi könüllülərinin qanından götürülmüş qranulositlər demək olar ki, 100% xərçəng hüceyrələrini öldürüb, digərlərinin qanından götürülən isə cəmi 2%-in öhdəsindən gələ bilib. Araşdırmaların nəticələrinə görə, artıq xəstəliyə tutulmuş şəxslərdə, 50 yaşı tamam olmuş şəxslərdə və çox məyus insanlarda bu qabiliyyət zəifləyir. Ən qəribə isə budur ki, qranulositlərin aktivliyi mövsümdən də asılıdır: “Noyabrdan aprelədək demək olar ki, hamıda xərçəngə qarşı dözümlülük yox olur”, deyə professor qeyd edir. \ANS TV\

maraqli xeberdi. insanda inam dogurur.insanin isteyibde ede bilmeyeceyi hec bir sey yoxdur.tebrik edirem.
İyun 30, 2008 15:27