Azərbaycanın siyasi xadimi, şairi olan Molla Pənah Vaqifin öldürülməsi barədə topladığımız məlumatları userlərimizin nəzərinə çatdırırıq. Xatırladaq ki, bu məlumatı Murad adlı userimizin istəyi ilə tapıb saytımızda yerləşdiririk. Belə ki, XVIII əsrdə Molla Pənah Vaqifin Qarabağ xanlığında baş vəzir olduğu dövrdə Qarabağ xanı İbrahim xan, vəzir öz doğma əmisi oğlu Məhəmməd Cavanşir ilə hakimiyyət uğrunda çəkişməyə başlamışlar. Bu çəkişmə uzun bir dövrü əhatə etmişdir. Onlar arasındakı çəkişmə İbrahim xanın məğlubiyyəti ilə nəticələnmişdir.Molla Pənah Vaqifin həyatında ağır günlər bundan sonra başlandı. Məhəmməd Cavanşir xan hakimiyyətə gəlmişdi. İbrahim xan isə xanlıqdakı ağır vəziyyəti görüb, xanlığı tərk edir. İbrahim xan Dağıstana qaçır. Məhəmməd Cavanşir xan İbrahim xanın tərəfdarlarına sui -qəsd edir, ya da ki onları xanlıqdan kənarlaşdırırdı. Bu zaman İbrahim xana sadiq qalan Molla Pənah Vaqif ona məktub yazmaq qərarına gəlir. Molla Pənah Vaqif məktubu bir Dağıstana yola düşən bir kəndçiyə verir ki, bu məktubu İbrahim xana çatdırsın. Kəndçi yola düşür. Amma onun planlaşdırmadığı bir hadisə baş verdi. Kəndçi yolda Məhəmməd Cavanşir xanın adamları tərəfindən həbs olunur. Məhəmməd Cavanşir xan bu məktubdan xəbər tutur. Təbii ki, bu məktub ona bir bəhanə olur. O bu məktub sahəsində Molla Pənah Vaqifi xəyanətdə günahlandırıb həbs elətdirir. Məhəmməd Cavanşir xan Molla Pənah Vaqifi oğlu ilə birlikdə Qarabağda yerləşən Xəzinə qalasından atdırır. Beləliklə Molla Pənah Vaqifin həyatına beləcə son qoyulur.



Bilirsinizmi o.kəndçi mektubu ayağındakı çarığında aparırdı.Bezi tarixi melumatlarda bele deyilir men oxuduğum qeder.
Fevral 20, 2008 16:38