Açar sözlər: image kurtlar-vadisi-pusu pictures polad-alemdar
Baxış sayı: 18
Bakının Nərimanov rayonu ərazisində yerləşən Əbu Bəkir məscidində partlayış baş verib.. Hadisə bu gün saat 21.00 radələrində, namaz vaxtı baş verib.
Hadisənin şahidlərindən biri deyib ki, namaz qılınarkən o da məsciddə olub. Məscidə ard-arda iki əl qumbarası atılıb.
Şahidlərin sözlərinə görə, partlayış baş verən zaman məsciddə 500-ə qədər adam olub.
Ppartlayış nəticəsində iki nəfər ölüb, 9 nəfər yaralanıb. Yaralılardan birinin 5 saylı şəhər xəstəxanasına, birinin isə Klinik Tibbi Mərkəzə aparaıldığı bəlli olub. Qalan yaralıların hara aparıldığı bilinmir.
Şahidlər bildiriblər ki, axşam namazı vaxtı 25-30 yaşlarında bir gənc məscidin pəncərəsindən içəri əl qumbarası atıb. Bəzi məlumatlara görə, məscidin imamı Hacı Qamət Süleymanov yüngül xəsarət alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasedici dəstələri və 2 təcili tibbi yardım maşını gəlib.
Nərimanov rayon prokurorunun müavini Rasim Qurbanov ən azı 2 nəfər ölüb, 9 nəfər yaralının olduğunu bildirib. Hadisə nəticəsində məscidə böyük zərər dəyməsə də, içəri divarlarda partlayışın izləri qalıb. R.Qurbanov deyib ki, hazırda hadisə yerinin ekspertizası və başqa zəruri təhqiqat tədbirləri görülür.
Qeyd edək ki, Əbu-Bəkr vəhhabi təriqətinə mənsub şəxslərin toplaşdığı məscid kimi tanınır.
Açar sözlər: əbu bəkr image partlayış
Baxış sayı: 28
Əslində isə gördüyünüz bu şəkildəki Ella adlı heykəl, sadəcə 24000 şəftəlidən hazırlanmış bir reklamdır.
Açar sözlər: image ella heykəl reklam advisor
Baxış sayı: 10
Azərbaycanımızın dahi şəxsiyyətlərindən biri olan Bəxtiyar Vahabzadənin 83 illiyi tamam oldu. Saytımızın idarə heyyəti adından Bəxtiyar Vahabzadəyə uzun ömür can sağlığı arzulayırıq. Yazının ardından Dahi Şəxsiyyətin həyatını nəzərdən keçirək.
Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin adı təkçə respublkamızda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda mütəfəkkir şair, lirik dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi insan kimi məşhurdur. Təsadüfi deyil ki, onun əsərləri - şer kitabları, dramları və publisist yazıları dünyanın çox dillərində, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və köhnə Sovyet birliyinə dahil olan bir çox salqların dillərinə tərcümə edilmiş və bu əsərlər çox böyük maraq və sevgi ilə qarşılanmışdır.
Bəxtiyar Vahabzadə Mahmud oğlu 1925-ci ildə Şəkidə doğulmuş, 1934-cü ildə ailəsi ilə bərabər Bakıya köçmüşdür. 1942-ci ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin filologiya fakultəsinə daxil olmuş, 1947-ci ildə həmin fakultəni bitirib universitetin nəzdində aspiranturaya qəbul olunmuşdur.
1951-ci ildə "S.Vurğunun lirikası" mövzusunda namizədlik, 1964-cü ildə isə "S.Vurğunun həyat və yaradıcılığı" mövzusunda monografiyasını mödafiə edib, filoloji elmlər doktoru alimlik dərəcəsini almışdır.
Bəxtiyar Vahabzadə bədii yaradıcılığa ikinci cahan müharibəsi illərində başlamış, 1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunmuşdur. Məhsuldar bədii yaradıcılıqla yanaşı, B.Vahabzadə 40 ildən artıq Universitetdə dərs demiş, 1990-ci ildən təqaüdə çıxmışdır. 1980-ci Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
B.Vahabzadə 70-dən artıq şer kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Bakı Akademik Dövlət Dram Teatrının səhnəsində onun "Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya ?", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" pyesləri tamaşaya qoyulmuşdur. O, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.
O, 1974-cü ildə əməkdar incəsənət xadini, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRI Dövlət Mükafatı laureatı adlarına laik görülmüşdür. 1985-ci ildə ona "Xalq şairi" adı verilmiş, 1995-ci ildə isə Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsində xəsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilmişdir.
B.Vahabzadənini şerləri obrazların kamilliyi, bədii vasitələrin məasirliyi və orijinallığı ilə seçilir. Onun bütün əsərlərində dünyaya fəlsəfi baxış əsas yer tutur.
Son 30-40 ildə Azərbaycan ədəbiyyatında B.Vahabzadə qədər ümumxalq məhəbbəti qazanmış ikinci bir şairin adını çəkmək çətindir.
Açar sözlər: image dahi-şəxsiyyətlər bəxtiyar-vahabzadə
Baxış sayı: 17
Açar sözlər: image euro dollar
Baxış sayı: 21
Azərbaycanda tezliklə “AzTV İdman” kanalı açılacaq. bu barədə Milli Televiziya və Radio Şurası məlumat yayıb. Məlumatda bildirilir ki, bununla bağlı iyulun 18-də keçirilən iclasda qərar qəbul olunub.
Azərbaycanda tezliklə “AzTV İdman” kanalı açılacaq. bu barədə Milli Televiziya və Radio Şurası məlumat yayıb. Məlumatda bildirilir ki, bununla bağlı iyulun 18-də keçirilən iclasda qərar qəbul olunub.
İclasda Milli Televiziya və Radio Şurasının 11 aprel 2008-ci il tarixli qərarı ilə idman televiziya kanalının açılması məqsədilə elan edilən müsabiqənin nəticələri müzakirə olunub. Müsabiqədə iştirak edən digər iddiaçılarla müqayisədə daha münasib maddi-texniki bazaya, peşəkar kadr potensialına və idman sahəsində geniş təcrübəyə malik olan “AzTV İdman” telekanalı müsabiqənin qalibi elan olunub. Telekanala lisenziya 6 il müddətinə verilib.
Bu gün Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında bildirib ki, gələcəkdə Şamaxı, Əlibayramlı, Cəlilabad, Neftçala və bu kimi böyük regionlarda da kanallar açmaq düşünülür. Onun dediyinə görə, növbəti parlament seçkilərində namizədlər öz təbliğatlarını bu kanallar vasitəsilə apara biləcək. Gələcəkdə mədəniyyət sahəsi ilə bağlı kanalın da açılacağı düşünülür. N.Məhərrəmli sahə xarakterli kanallarda reklam məsələsinin çətinliyini də qeyd edib.
Açar sözlər: aztv image tv
Baxış sayı: 18
Açar sözlər: ping-pong image game miniclip
Baxış sayı: 30

SleepWalking. Bu kino 2008-ci ildə istehsal olunmuş və sevilən kinolardan biridir. Siz ardından kino haqqında məlumat ala bilərsiniz...
Sevgilisinin həbs olunmasıyla evindən qovulan Joleen Reedyin (Charlize Theron) 11 yaşındakı qızı Tara (Anna Sophia Robb) ilə birlikdə qalacaq bir yerə ehtiyacı var idi. Joleen, kirayə evində onların yaşamasından narahat olmayacaq çox güvəndiyi qardaşı Jamesdən kömək istəyir. Köçdükdən dərhal sonra Joleen başqa bir adamla qaçır. Tək başına bir uşağa baxımaq üçün son dərəcə hazırlıqsız olan James, pərişan haldakı bacısı qızını xoşbəxt etməyə çalışır. Ancaq bir müddət sonra, hadisələr idarədən çıxır: James işini itirər və Taranın da internata getməsi lazım gəlir. Tam da bu sırada James gələcəyinı təsir edən bir qərar verir. Keçmişiylə üzləşmək üçün, Taranı da götürüb uşaqlığının keçdiyi Utahdakı ailəsinin olduğu bağa gedər. Jamesin bağa getməsi atası (Dennis Hopper) ilə arasındakı münaqişəni yenidən alovlandırır . James gözlənilməz bir şəkildə qarşısına çıxan bu vəziyyətdə, Taranın bu günə qədər heç sahib olmadığı ata rolunu üzərinə götürür və bu onun həyatının əsl məqsədi olur.
Rollarda
Nick Stahl James
Anna Sophia Robb Tara
Charlize Theron Joleen
Dennis Hopper Mr. Reedy
Woody Harrelson Rall
Deborra-Lee Furness Danni
Milan Aveyard Girl #1
Simon Chin Rall's Friend
Mike Ennis Cop #2
Shannon Jardine Mom
Musiqi : Christopher Young
Senari müəllifi : Zac Stanford
Produserlər : A.J. Dix, J.J. Harris, Beth Kono
Açar sözlər: sleepwalking image cinema charlize-theron
Baxış sayı: 23
Açar sözlər: i-love-you image sevgi
Baxış sayı: 45
Türkiyənin Hatay şəhərində 5 gün əvvəl damarları çöldə, dərisi tam inkişaf eləməmiş dünyaya gələn qız uşağı öldü. O, 5 avqustda normal doğumla dünyaya gəlmişdi. Tibbdə `balıq uşaq` olaraq adlandırılan xəstəliklə dünyaya gələn qız ailənin ilk uşağı idi. Qızın bəzi orqanları tam inkişaf eləməmiş, dərisində dərin çatlar olduğu üçün müşahidə altına alındı. Gözləri bağlanmayan, dərisindəki yarıqlar səbəbiylə infeksiya düşən və su itirən uşaq yaşaya bilmədi.
Uşağın 1 ay tez dünyaya gəldiyini, dərisində ağır bir xəstəlik olduğunu və bu xəstəliyin nəsildən nəsilə keçən bir xəstəlik olduğunu deyən həkimlər bu xəstəliyin ən böyük səbəbinin ana və atanın əmi uşaqları olmasını göstərdilər. Bu xəstəliyin hər 300 mininci doğumda görülmə ehtimalı var. Belə xəstəliyi olan ailələr gələcəkdə belə bir problemlə qarşılaşmamaq üçün genetik testlərdən mütləq keçməlidi. Bu ailə üzərində aparılan testlərdə dünyaya gələcək ikinci uşaqlarında bu xəstəliyin görülmə ehtimalının 25% olacağını isə xüsusi ilə qeyd edirlər.
Açar sözlər: balıq+uşaq image xəstəlik genetika
Baxış sayı: 52

Əziz istifadəçilər sükan arxasında olarkən diqqətli olun yoxsa Allah göstərməsin həyatınızda bu videodakı kimi qorxunc hadisə baş verər. Ardından videonu yukləyə bilərsiniz.
P.S Siz necə sükan arxasında diqqətlisiniz?
Həcmi: 1.48 mb
Şifrə: www.some-az.tk
YÜKLƏ \ DOWNLOAD
Açar sözlər: video car image wmv download
Baxış sayı: 48
Manned Cloud,bulud formalı uçan mehmanxanadır.Bu mehmanxanaya 40 qonaq yerləşdirilə biləcək.
Uçan mehmanxana saatda 130km sürətlə 5000km məsafəyə uça biləcək.Maksiumum sürəti 170km/saat və 2 göyərtəsi olan
uçan mehmanxanada restoran, kitabxana,idman salonu və 40 gün üçün adi yaşayış vasitələri olacaq.Mehmanxanada
təşkil olunacaq səyahətlər bir neçə gün davam edəcək.Bu konsept,hətda gələn il reallaşa bilər.
Açar sözlər: uçan-mehmanxana image
Baxış sayı: 72
Albert Einsteinin sürücüsü ilə yaşadığı maraqlı bir hadisə...
Enşteyin bir çox yerlərdə konfranslar vermişdi. Bu konfranslara xüsusi sürücüsü ilə gedirdi. O konfrans verəndə sürücüsü də iştrakçılar arasında Enşteyinin danışdıqlarını diqqətlə dinləyirdi. Bir gün yenə də bir konfransa gedirdilər. Bu arada sürücü, “Dr Enşteyin” dedi: - Sizi o qədər uzun zamandır ki dinləyirəm, sizin nə deyəcəyinizi və hansı sözləri işlədəcəyinizi bilirəm. Enşteyin sürücünün sözlərini başa düşdü və “Yaxşı” dedi. İndi girəcəyimiz konfransda məni tanımırlar. Palto və papaqlarımızı dəyişək və konfransa sən mənim əvəzimə gir. Sürücü bununla razılaşıb konfransa girdi. Sürücü həqiqətən də Enşteyini diqqətlə dinləmişdi. Sualların hamısına səlis cavab verirdi, ancaq eşitmədiyi bir mövzuda sual soruşulanda sualın cavabını bilmədiyini başa düşdü. Sürücü bu sualın cavabını bilməməsinə baxmayaraq ruhdan düşmədi və belə dedi: “Belə sadə bir sualı mənə verməniz çox qəribədi, indi arxa sırada oturan sürücümü çağıracam və sizin sualınıza cavab verməsini söyləyəcəm.
Açar sözlər: albert-einstein image maraqlı-hadisə driver
Baxış sayı: 61

H.O.S.T Alliance haqqında bilmediklerinizi ardından öyrene bilersiniz...
8 nəfərlə fəaliyyətə başlayan bu alyansın birləşmə forması belədir:
Baku Clan(Jamal_Ali, Feck, Felon De Jure, ErranT, Qaraqan və Dərviş), AiD və PRoMete.
Baku Clan Türkiyədə təhsil alan 4 gənc təfərindən yaradılıb. Bunlar: Jamal_Ali, Felon De Jure, ErranT və Feckdir. Ankarada ilk track olan “Baku Clan” tracki yazılır. Daha sonralar klana Qaraqan və Dərviş də qoşulur. Birgə ilk iş - “Sənsiz (Love Story)” tracki yazılır. Yazılış prosesi PRoMetenin çalışdığı studiyada olur. 2006-cı il yay aylarının axırlarında Qaraqan və Felon De Jure “Məni qaytar” adli track yazır və bununla Baku Clan fəaliyyətə bir qədər ara verir. 2007-ci ilin əvvəlində AiD və PRoMete də daxil olmaqla Alliance qurmaq fikri yaranır və tək fikir olaraq qalmır, yazılışa hazırlıqlar başlanır. “H.O.S.T Alliance” adı altında albomun yazılışına start verilir. 18 fevralda ilk track olan “Həyatım əllərimdə” tracki hazır olur. 29 iyun 2007-ci il tarixinə ilk albomun işləri bitir. Albom satışda çıxarılmır. 2000-ə yaxın nüsxə əldən-ələ paylanır. İnternet saytlarında da albom çox böyük rəqəmlərlə yüklənilir və maraqla qarşılanır. Albom “Proloq” adlanır və 17 kompozisiyadan ibarət olur:
1.İntro
2.H.O.S.T (Qaraqan, Felon De Jure, ErranT, Jamal_Ali, PRoMete)
3.Məni Qaytar (Qaraqan, Felon De Jure)
4.Həyatım əllərimdə (Qaraqan, Jamal_Ali, ErranT, PRoMete )
5.How we rapin’ (Felon De Jure, ErranT, Qaraqan)
6.İstəmirəm (Qaraqan, PRoMete, Jamal_Ali)
7.Xronika (Qaraqan, ErranT, Felon De Jure)
8.Yenə tək (Qaraqan, ErranT)
9. Bakı (Felon De Jure)(Skit)
10.Gəl gedək (Feck, AiD)(vokal Ayka)
11. Propoganda (Qaraqan, Felon De Jure, ErranT)
12.Ölmüş Ümidlər (Qaraqan, Dərviş, AiD)
13.Yorğun (Qaraqan, PRoMete, AiD)
14.Mənim Qaranlığım (Qaraqan)
15.Proza (Qaraqan)
16.Neçə (AiD, Jamal_Ali, Qaraqan)
17.Outro
İlin sonunda(9 dekabr 2007) tarixində ilk konsert baş tutur. Konsert “Yuğ” teatrında keçirilir. Birinci albom uğurla qarşılandıqdan sonra artıq ikinci albomun işləri başlayır. Bu ərəfələrdə alyansın üzvlərindən olan Dərviş şəxsi səbəblərə görə alyansı tərk edir. 10.05.08 tarixində artıq tam hazır olur və ilk əvvəl albom “HOSTdan HOSTçuya eksklüziv” adıyla xüsusi tiraj şəklində təqdim edilir. 29.05.08 tarixində isə artıq kütləvi satışa buraxılır və bu albom da “Proloq” kimi çox uğurla qarşılanır. Albom “Qarada Qırmızı” adlanır və 18 kompozisiyadan ibarət olur:
1. Prelüd (Qaraqan)
2. Esmeralda (Qaraqan)
3. Mənim Mübarizəm (Qaraqan)
4. Mən Dəyişəcəm (PRoMete)
5. Buza Dönəcəm (Qaraqan, PRoMete)
6. Ağlama (AiD, Dərviş, Qaraqan, PRoMete)
7. Düşüncə (Qaraqan, AiD, PRoMete)
8. Azərbaycan (AiD, Qaraqan, PRoMete)
9. Əlvida (PRoMete, ErranT, Qaraqan)
10. Etiraf Otağı (Qaraqan)
11. Nağıl (AiD, Qaraqan)
12. Maraqsız Mahnı (Qaraqan)
13. Qarada Qırmızı (Qaraqan, PRoMete, AiD)
14. Sidrətül Müntəha (Qaraqan)
15. Sevgi Yoxdur (Qaraqan)(vokal Ayka)
16. Smslər Dünyanı Xilas Edəcək (Qaraqan)
17. Azad HOSTçular (Qaraqan, AiD)
18. Bezmişəm (Qaraqan, AiD)
Bu ərəfədə alyansın üzvlərindən olan Qaraqan “A” adlı kitabı yazıb tamamlayır.Kitabın yazılmasında məqsəd insanları düzgün yola çəkmək, gəncləri axmaq işlərdən yayındırmaq, dünyanın necə bir yer olduğunu başa salmaq və ən əsas da “HOST ideologiyası”-nın yaranması olur. HOST ideologiyası hər ideologiyadan götürülmüş ən yaxşı cəhətlərdən təşkil olunub. Kitab “Azərbaycan Yazıçılar Birliyi”-nin katibi Rəşad Məcidin ön sözüylə 05.05.08 tarixində satışa buraxılır və çox böyük maraqla oxunulur. Kitab gözlənildiyindən qat-qat artıq satılır.
HOST mətbuat və televiziya tərəfindən də çox böyük maraqla qarşılanıb.Artıq bir neçə dəfə qəzetdə HOSTla bağlı məqalələr çıxıb. Radiolarda, TV-lərdə qonaq olublar. Ən çox internet dəstəyi də məhs HOSTa məxsusdur.
H.O.S.T sözu Hava Od Su Torpaq sözlərinin baş hərflərindən təşgil olunmuşdur.Alliance sözü isə hər hansı klan,qrup və üzvün birləşməsindən yaranan ən böyük birləşmədi.H.O.S.T Alyansın tərkibində klan(Baku Klan) və 2 üzv(AiD, PRoMete) var.
H - Qədim Şumer mixi yazılarında xoşbəxtlik və bədbəxtlik rəmzi...
O - Ağ pentaqramma,satanizmin əks,xeyir qüvvələr.Bu medalyon mənfi enerjiden və qara qüvvələrdən qoruyur...
S - Dollarin əksi,anti-pop,culture,tərki-dünyalıq,israf və etikaya qarşı,dünya qaydalarına əks olmaq...
T - Qılınc,mübarizə
Hava - Romantizm,
Od - Aqressiya,
Su - Lirika,
Torpaq - Realizm.
HOST sözünün digər mənaları:
HOST - Sahib (ingilis)
HOST - Allah ordusu,ilahi qüvvə (omonim)
HOST - Lider,aparıcı,showman (U.S.A)
HOST - Xəstəlik,virus (tibb)
HOST - Zülmət
HOST – Qalaktika 







Açar sözlər: host-alliance image history
Baxış sayı: 74
İstanbulda dehşetetli patlama yaşandı. Yinede masum insanlar öldü. Terör yaşlı, genç, çoluk çocuk demeden ocakları söndürdü. 27 temmuz akşamı İstanbul Güngören Menders caddesinde can pazarı yaşandı. İlk saatli bombanın patlaması sonrası insanlar yaralılara yardıma koşuşurken bu sefer çöp kutusuna koyulan ikinci bomba ilkinden 10 dakika sonra patladı. 21:55 de patlayan ikinci bomba bu sefer Menders caddesini kana buladı. 15 kişi öldü, 175 kişi yaralandı. 150 ağır yaralı olarak hastanelere gönderildi. Bu olayda sora bir daha pkk lanetlendi.o piç yüzünü göstermiş oldu. Hadi hep beraber terörü lanetliyelim.
P.S Ve bir daha başın sağolsun Türkiyem.
Açar sözlər: terror image türkiye istanbul
Baxış sayı: 88
Türkiye`yi alt üst eden bu olayın perde arkası açıldı... Tam 75 yıldır Ergenekon örgütü varlığını sürdürmüş... Son çabalarla örgüt alt üst oldu... Tüm Türkiye`yi bu mafya mı idare etdi??? Tüm suikastları Ergenekon mu yaptı??? Evet cevabını alırsınız... Bülent Ecevit`i başbakanlıkdan deviren Ergenekon... Turgut Özal`a suikast hazırlayan Ergenekon... Kurtlar vadisinde gösterilen Susurluk olayında da Ergenekon çıkdı... Artık Türkiye karma karışık... Hrant Dink suikastı... Danıştay saldırısı... Rahip Santorini suikasiti... Malatya Zirve yayınevi saldırısı... Hepsi bu örgütün işi... Tamam ermeniyi öldürdünüz güzel ama Türkiye`yi deviremezsiniz...
Açar sözlər: image ergenekon news siyasət
Baxış sayı: 68

Willi Smith

Brad Pitt

Sylvester Stallone

Anna Kurnikova



Açar sözlər: popular-man image caricature funny
Baxış sayı: 68
Açar sözlər: caricature image
Baxış sayı: 75
Sizlərə çox gözəl və peşəkar təşkil olunmuş auto show-nu təqdim edirəm. Ardından yükləyin və baxın, fikirlərinizi bildirməyi də unutmayın.
Həcmi: 1.27 mb
Y Ü K L Ə / D O W N L O A D
Açar sözlər: auto-shoü avtosh video image
Baxış sayı: 99
Əziz istifadəçilər və qonaqlar. AzeriBlog -un 1 yaşı tamam oldu. Bu bir ildə çox dəyişikliklər oldu. Dizayn gündən - günə yaxşılaşdı səviyyə yüksəldi, özünə layiq yer aldı. Bunlar hamısı bir mənalı olaraq AzeriBlog -un inkişafı və deməli Aznetin inkişafıdı. Biz saytımızın idarə heyyəti adından AzeriBlog -un idarə heyyətini başda Fərhad Əsgərzadə olmaqla, blogçuları təbrik edir, hamımıza can sağlığı arzulayırıq. AzeriBlog bu bir ildə maddı olmasa da mənəvi olaraq çox gözəl dostlar, ürəklər qazandı. İstifadçilərin yaddaşında çox gözəl iz qoydu. Biz də hamınızı AzeriBlog -un 1 yaşı münasibətilə təbrik edir və həmişə bir ailə kimi olmağı arzulayırıq.
P.S. İnşallah ikinci ildə blogçuların görüşü təşkil olunar...
Açar sözlər: image happy-birthday azeriblog
Baxış sayı: 51
Açar sözlər: leopard timsah image döyüş
Baxış sayı: 104
Açar sözlər: 3-foot-ninja-ii game game-play image
Baxış sayı: 81
Açar sözlər: image gülməli msn
Baxış sayı: 103
Bankda hesab açdrmaq istəyən qadın diləncinin gətirdiyi dəmir pulları 3 gündə saya bildilər. Hindistanın Kalküta şəhərində bir bankda, hesab açdırmaq istəyən Laxmi Das adlı qadın diləncinin gətirdiyi dəmir pulları 3 gündə saya bildilər.
Das, 91 kiloqram olan pulları, uşağı iflic olduqdan sonra, 40 ildir topladığını söylədi. 16 yaşında dilənməyə başlayan Das, “Bu pulları dilənəməyəcəyim günlər üçün saxladım. Bir gün yaşlanacağımı bilirdim” dedi.
Açar sözlər:
Baxış sayı: 92
UEFA İntertoto kubokunun ikinci mərhələsinin cavab oyunu çərçivəsində 12 iyun saat 21:00-da «Neftçi» Belçikanın «Jerminal» klubu ilə qarşılaşacaq.
Bu komandalar arasında Antverpendə keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatmışdı.
Qarşılaşmanı adları aşağıda göstərilmiş hakimlər idarə edəcək:
Baş hakim: Mark Klattenburq (İngiltərə)
Baş hakimin köməkçiləri: David Riçardson, Adam Yotts (hər ikisi - İngiltərə)
Dördüncü hakim: Elçin Səmədli (Azərbaycan)
Hakim-inspektor: Valentin İvanov (Rusiya)
UEFA nümayəndəsi: Marton Esterazi (Macarıstan)
AFFA rəhbərliyi azarkeşləri «Neftçi»ni dəstəkləmək üçün stadiona çağırır. Oyuna giriş pulsuzdur. \\AFFA
DƏSTƏYİNİZİ NEFTÇİDƏN ƏSİRGƏMƏYİNKİ ONLAR AZƏRBAYCANIMIZI DAHA DA ZİRVƏLƏRƏ QALDIRSINLAR.
Açar sözlər: image neftchi football
Baxış sayı: 95
Açar sözlər: qadın-futbolçular image
Baxış sayı: 104
Əhmədiyyə Cəbrayılov 22 sentyabr 1920-ci ildə Şəkinin Oxud kəndində anadan olmuşdur. 1942-ci ilin mayında Donbas uğrundakı döyüşlərdə yaralanaraq almanlara əsir düşmüş, Daxao və Elzas- Lotaringiya ölüm düşərgələrinə göndərilmişdir. 1942-ci ilin noyabrında əsir düşərgəsindən qaçaraq fransız partizanlarına qoşulmuş, "Armed Mişel", "Ryus Armed", "Xarqo" gizli adları ilə Fransa Müqavimət Hərəkatında iştirak etmiş, Şarl de Qolla çiyin- çiyinə alman faşistlərinə qarşı vuruşmuşdur. Fransanın Milli qəhrəmanı adına layiq görülmüş və Fransanın Fəxri Legion ordeni ilə təltif olunmuşdur. Təsadüfü deyil ki, Şarl de Qoll Fransa hökümətinin başçısı kimi Moskavaya gələndə Əhmədiyyə Cəbrayılovla görüşmüşdür.
1946-cı ildə Ordudan tərxis edildikdən sonra Şəki rayonundakı N. Nərimanov adına kolxozda işləmiş, Azərbaycan KP-nın XXIX-XXX qurultayının nümayəndəsi olmuşdur. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Oktyabr inqilabı, Qırmızı Əmək Bayrağı ordenləri, habelə Fransanın orden və medalları (o cümlədən şəxsi igidliyə görə verilən ən yüksək "Hərbi Medal"a layiq görülmüşdür. Bu medal hərbi paradda onu alan əsgərə generaldan irəlidə addımlamaq hüququ verir) ilə təltif edilmişdir. Əhmədiyyə Cəbrayılovun qəhrəmanlığından bəhs edən povest, oçerk, pyes yazılmış, sənədli filmlər çəkilmişdir.
Əhmədiyyə Cəbrayılov 1994-cü ildə 74 yaşında vəfat etmişdir.
Açar sözlər: image əhmədiyyə-cəbrayılov milli qəhrəman
Baxış sayı: 97
Azərbaycan Silahlı Qüvvələrinin 1 günlük Əsgəri ! Bizim Can ciyər Qardaşımız Bugün Səhər Səhər Əsgərə Getməliydi.. Amma En Son dəqiqələrində Azərbaycan İnternet Aləmində Öz izini Qoyub Getdi!! Davamına Baxın Və İbrət Götürün!
4 Erməni Saytı Hacklandı .
Planet.Am , Haytour.Am , karcomauto.am/news , butterfly.am , http://library.aua.am/WebOPAC/ .. Baxın.. Əgər İndexi Görməsəniz
http://zone-turk.net/deface_mirror/?id=39844
http://zone-turk.net/deface_mirror/?id=39842
http://zone-turk.net/deface_mirror/?id=39853
http://zone-turk.net/deface_mirror/?id=39854
http://zone-turk.net/deface_mirror/?id=39859
Bu saytlara girib baxa bilərsiniz!
P.S : Kim Vətənpərvərdirsə bu xəbəri hamıya yaysın , Tanışlara bilişlərə desin! desinki Bizim Belə Oğullarımız var!! Saytları olanlarda bu xəbəri öz saytlarında yerləşdirsələr Əla Olar!!
Açar sözlər: hack image
Baxış sayı: 190
Türkiyənin Bursa şəhərində Azərbaycan tələbələri tərəfindən hazırlanan milli yeməklər sərgisində Azərbaycan milli yeməkləri xüsüsi ilə seçildi. Azərbaycanla yanaşı özbək, qazax, türkmən, ahıska türk tələbələri də qatıldı. Şirniyyat müsabiqəsində 1-ci yeri Azərbaycan, 2-ci yeri Ahıska türkləri, 3-cü yeri isə Özbəklər tutdu. 3 saat çəkən yarışmada milli oyunlar da gözdən qaçmadı
Açar sözlər: şirniyyat image
Baxış sayı: 97
Türkiyəni İntertodo kubokunda təmsil edəcək Sivasspor halhazırda Kocaeli Kartepede məşqlərinə davam edirlər..Baş məşqçi Bülent Uygun: "Əgər oyuna yaxşı başlasaq ilk 8-də ola bilərik. Xatırladaq ki, hazırlıq oyunlarında Azərbaycan klubu İnterə 2-0 uduzmuşdu.
Açar sözlər: footboll sivasspor image
Baxış sayı: 112
GALATASARAY baş məşqçisi SKIPPE inanılmaz açıqlamalar verdi. SKIPPE:Lincolunu cəzalandıracaq. Səbəb olaraq;məşqlərə qatılmaması. Hasan Şaşda: "Lincoluna:biz Galatasaraya canımızı verdik, buraya gəlen futbolçular da ürəklə çalişacaq". Bunun ardında yığıncaq keçirən SKIPPE: "əgər istəmirsənsə gedə bilərsən."
Açar sözlər: galatasaray image footboll
Baxış sayı: 121
FENERBAHÇEDƏ ŞOK AÇIQLAMALAR. EURO2008-də sadəcə bir oyun oynayan Emre Belezoğlu artıq Fenerbahçelidir. Amma Əsgərliyə getmə problemi ortaya çıxdı. Aziz YILDIRIM: " E.Belezoğlu əsgərə gedir kəlməsini işlətdi, həm də 22 gün əsgərlik edəcəyini bildirən Aziz Yıldırım Emre köhnə Galatasaraylıdır bizim işimizə yarar. Artıq Galatasaraya kuboku verməyəcəyik kubok bizimdir dedi".
Açar sözlər: image futbol emre-belezoglu fenerbahçe
Baxış sayı: 179
Əziz istifadəçilərimiz saytımız gündən-günə inkişaf edir. Bu səbəblə yeni yazarlar və redaktorlar ilə birgə sizə məlumatlarin çatdırılması üçün səy göstəririk. Saytımıza Rüstəmin yazar kimi fəaliyyətə başlamasından sonra ilk dəfə ölkəmizdən kənar bir yazar fəaliyyətə başlayıb. O, məsh bizə yaxın olan Türkiyədən sizlər üçün yazacaq, Fuat adlı yeni yazarımızdır. Biz ümid edirik ki, bizim Fuatla əlaqələrimiz daha da genişlənəcək. Saytımız adından ona uğurlar və yaxşı yazılar arzuluyuruq. Fəaliyyətə başlaması ilə əlaqədar onu təbrik edirik.
Açar sözlər: yazar writer img
Baxış sayı: 108
Sizlərə Vista teması təqdim edirəm!
Açar sözlər: vista image program
Baxış sayı: 157
Ən yaxşı FTP menecer proqramlarından.. Web masterler üçün məsləhətli.
Açar sözlər: proqram image ftp webmaster
Baxış sayı: 132
Əziz istifadəçilər saytımızın inkişafı ilə əlaqədar olaraq bütün idarə heyyəti saytımızın tam şəkildə sizlərə yararlı olmağı və problemləri aradan qaldırmaq üçün səy göstərir. Amma tək bizim səy göstərməyimizlə iş bitmir. Siz də bizim saytımızda yaranan problemlərdə xüsusilə işləməyən linkləri bizə bildirməklə həm istədiyiniz məlumatı əldə etməklə yanaşı saytımızın inkişafına da öz töhfənizi vermiş olacaqsınız. Bəzi istifadəçilərin köməyi ilə saytımızdakı bəzi problemlər aradan qaldırılıb. Biz saytımızın idarə heyyəti tərəfindən həmin istifadəçilərə dərin minnətdarlığımızı bildirir və bundan sonra da bizə kömək edəcəklərini gözləyirik. Saytımızdan daha bir yenilik. Artıq sizin fikirlərinizə və tənqidlərinizə cavab məktubu sizin E-mail ünvanınıza tez bir zamanda göndəriləcək Ona görə E-maillərinizi qeyd etməyi unutmayın... Təşəkkürlər!!!
Açar sözlər: image email
Baxış sayı: 111
Qarışqalar ABŞ-ın Texas və Hyuston şəhərlərinə kütləvi axın ediblər. Onlar bu şəhərlərə çox böyük maddi zərər vurublar. Yerli əhali bu qarışqaları Rezirod qarışqaları adlandırırlar. Çünki bu qarışqaları Rezirod adlı alim təyin etdiyindən, qarışqaların da adını Rezirod adlandırıblar. Ardında daha ətraflı...
Belə ki, bu qarışqalar kominukasiya xətlərinə ziyan vurur hələ üstəlik evlərə daxil olub kompyuterləri sıradan çıxardırlar. Onların yaratdığı bu şəraitdən yerli əhali və dövlət qurumları çox narahatlıq keçirirlər. Alimlər hələ də bu qarışqaların hardan axın etdiklərini tam təyin edə bilmirlər. Amma təxmini hesab edirlər ki, Karib dənizi sahilinə yan alan gəmilərlə bərabər şəhərə yayıldıqları güman edilir. Alimlər isə boş oturmayıb qarışqaları şəhərdən uzaqlaşdırmaq üçün plan da hazırlayıblar. Bu planı hələ ki, açıqlamayıblar..
Açar sözlər: image qarışqa computer texas hyuston
Baxış sayı: 120
Alimlər bir xəstəni tam sağaldıblar. Ardında ətraflı...
Xəstə dəri xərçəngi- melanomadan əziyyət çəkirdi və sağalmağa ümidi yox idi. Həkimlər isə onun həyatı üçün mübarizə aparmağı qərara aldılar və qeyri-standart üsula əl atdılar. Əvvəlcə kişidən yad antigenlər daşıyan hüceyrələrin aşkar olunması və məhv edilməsini təmin edən hüceyrələrdən biri olan T-limsfosit nümunəsi götürüldü. Sonra mütəxəssislər laboratoriya şəraitində klonlaşdırma yolu ilə 5 mlrd. T-limfosit yaradaraq xəstəyə köçürdülər.
Artıq iki ay sonra xəstənin səhhəti gözə çarpacaq dərəcədə yaxşılaşdı: yeni hüceyrələr xərçəng hüceyrələrinə qalib gəldi. Ağ ciyər və limfa düyünlərindəki şişlər tamamilə yox oldu, iki il sonra isə xəstəlikdən əsər-əlamət qalmadı.
Düzdür, hələlik alimlər gurultulu bəyanatlar vermirlər və çox ehtiyatla müəyyən proqnozlar irəli sürüblər. Həkimlər hesab edir ki, dünya praktikasında bu ilk presedentə baxmayaraq, söhbət müəyyən formalı xəstəliyi olan konkret xəstədən gedir. Buna görə də metodun digər hallarda da uğurlu olacağını söyləmək hələ ki tezdir. Şübhəsiz ki, əlavə sınaqlar keçirmək tələb olunur.
İmmun sistemi hüceyrələrinin qabiliyyəti ilə bağlı araşdırmalar bundan əvvəl də keçirirlib. Belə ki, 2007-ci ildə Şimali Karolina alimləri bu hüceyrələrdən biri olan qranulositlərin çox uğurla xərçəng hüceyrələri ilə mübarizə apardığını müəyyən ediblər. Alimlər bir neçə nəfərin qanından bu elementləri ayıraraq onları sınaq şüşəsində xərçəng kulturaları (laboratoriya üsulu ilə yetişdiirlən bakteriya) ilə qarışdırıblar. Nəticə son dərəcə heyrətləndirici olub: qranulositlər həvəslə “profillərinə aid olmayan” işə başlayıblar və bir neçə gün sonra bəzi sınaq şüşələrində şiş klonları demək olar ki, yox olub.
Maraqlı budur ki, nəticələr çox fərqlidir. Bəzi könüllülərinin qanından götürülmüş qranulositlər demək olar ki, 100% xərçəng hüceyrələrini öldürüb, digərlərinin qanından götürülən isə cəmi 2%-in öhdəsindən gələ bilib. Araşdırmaların nəticələrinə görə, artıq xəstəliyə tutulmuş şəxslərdə, 50 yaşı tamam olmuş şəxslərdə və çox məyus insanlarda bu qabiliyyət zəifləyir. Ən qəribə isə budur ki, qranulositlərin aktivliyi mövsümdən də asılıdır: “Noyabrdan aprelədək demək olar ki, hamıda xərçəngə qarşı dözümlülük yox olur”, deyə professor qeyd edir. \ANS TV\
Açar sözlər: xərçəng image tibb
Baxış sayı: 159
119-cu uzatma dəqiqəsində önə keçən xorvatlar Səmihin qolu ilə şok oldular.. Ardında ətraflı..
AVRO 2008 A Qrupu ikinci oyunu
İsveçrə-Türkiyə: Dəqiqə 90+2, qol Səmih Şəntürk
AVRO 2008 A Qrupu üçüncü oyunu
Türkiyə-Çexiya: 87-ci dəqiqə, qol Nihat Qəhvəci
Türkiyə-Çexiya: 89-cu dəqiqə,qol Nihat Qəhvəci
Və... AVRO 2008 ¼ final oyunu
Türkiyə-Xorvatiya: qarşılaşmasının 119-cu dəqiqəsində xorvat futbolçu İvan Klasniç komandasını 1-0 önə keçirdi amma 120+1 dəqiqədə Səmih Şəntürkün Türkiyəni yarımfinala çıxaran qolu gəldi.
Açar sözlər: xəbər
Baxış sayı: 169
Açar sözlər: image nokia sony-ericson
Baxış sayı: 180
Ardından yükləyə bilərsiniz.