Kifayət edərdi
Misal var, deyərlər ki, “söz külək kimi bir şeydir, hər yana əsir” .Bir kişi buna etiraz edib deyir :
- Düz deyil, o misal düz olsaydı , mənim arvadımın dili bütün dəyirmanları işlətməyə kifayət edərdi.
Ayıbdır, axı
Kəndlilər dövlətlinin əkin sahəsində işləyirdilər .Bir qaraçı onlara yaxınlaşıb deyir:- Allah köməyiniz olsun.
- Yox sağ ol. Bəlkə bizimlə işləyəsən ?
Qaraçı dedi:
- Dırmığım yoxdur. Qoyun durum yanınızda ,varlı elə biləcək ki, mən də işləmişəm, mənə də pul verəcək.
Elə də oldu. – varlı hamıya pul payladı, sonra onları evinə dəvət etdi. O soruşdu:
- Kim yeyəcək?
Qaraçı dedi:
- Mən.
- Kim içki içəcək?
Qaraçı dedi:
- Mən.
Sonra varlı soruşdu:
- Sabah məhsul yığımında kim işləyəcək?
Qaraçı üzünü kəndlilərə tutub dedi:
- Dillənin də , elə “mən ,mən” deyirəm , ayıbdır axı?



Salamlar. Sizin dost blogu kimi əlavə edirem, amam təəssüf ki, sistem onu göstərmir. Düzü sorğuda əlavə etmişəm amma onuda göstərməyib, bilmirəm bu nə sirdir?
Noyabr 4, 2007 17:12