Azərbaycanın qəhrəman oğullarından biri olan Babək 798 – ci ildə Ərdəbil yaxınlığındakı Bilalabad kəndində kasıb bir ailədə anadan olmuşdur... Xilafətə qarşı Azərbaycanda çoxlu çıxışlar 742 – 752 ci illərdə geniş vüsət aldı. Bu qiyamlar Xilafət tərəfindən yatırıldıqdan 30 il sonra Xürrəmilər adlanan yeni bir hərəkat başlandı .Xürrəmilər hərəkatına Cavidan adlanan sərkərdə başçılıq edirdi . 816 – cı ildə Cavidan Babəklə ilk görüşündə onun fərasətli, çox cəsarətli , vətənpərvər bir gənc olduğunu hiss etdi .Birinci üsyan yatırıldıqdan sonra Harun ər-Rəşidin dövründə 808 –ci ildə baş verdi .Bu döyüşdən sonra 816 – cı ildə hakimiyyət uğrunda Babəklə Cavidan arasında toqquşmalar baş verdi. Cavidan 816 – cı ildə Babəklə döyüşdüyü zaman məğlub olur və öldürülür. Xürrəmilər hərəkatına Babək Cavidanın arvadı ilə evlənməklə hərəkatın başçısı olur .819 –cu ildə Xilafət Xürrəmilər üzərinə ilk dəfə olaraq birinci nizami ordu göndərir. Bu nizami ordu xürrəmilər qarşısında tab gətirməyərək məğlub olurlar.Babəkin başçılığı altında IX əsrin 20 – ci illərinin əvvələrində düşməni məğlub edərək , Syuniki , Bərdəni , Beyləqanı , Aranın bir sıra əyalət və şəhərlərini azad etdilər .IX əsrin 20 – ci illərin sonuna doğru azadlıq müharibəsi çox genişlənərək Xilafəti sarsıtdı .835 – ci ildə əslən türk olan Afşinin xürrəmilərə qarşı döyüşən ərəb ordusuna baş komandan təyin edildi .Onun baş komandan təyin edilməsindən sonra ərəb ordusunda qələbəyə inam daha artdı .O , döyüşə girmədən əvvəl taktiki və təşkilati yönümdən bir sıra işlər görürdü .837 – ci il 26 avqust tarixində Bəzz qalası uğrunda son döyüşlər nəticəsiz qaldı və ərəblər Bəzz qalasını işğal etdilər . Babək Bizansa tərəf qaçıb ordu toplayıb yenidən döyüşə getmək istəyirdi .Amma bu baş tutmadı. Afşin hətta xəlifədən Babəkin əff olunmasını xahiş etdi .Xəlifə məktubunda Babəkin təslim olması əvəzində onun əffinə qərar verdi .Amma Babək geri dönmədi .Afşin isə Babəki tutub xəlifəyə təslim edən şəxsə 2 milyon dirhəm mükafat elan etdi .Babək Bazar çayının sol sahilində Şəki qalasında təsadüfən , keçmiş müttəfiqi xristian hakimi Səhl İbn-Sunbatla rastlaşdı .Dostluğu pula , ucuz şöhrətə satan Sumbat Babəki aldadıb öz mülkünə apardı . Sonra da xəyanət yolu ilə ərəblərə təhvil verdi .Babəki Bərzəndə- Afşinin düşərgəsinə apardılar .Ərəb sərkərdəsi Babəkin əsir alınması xəbərini xilafət sarayına çatdırdı. 837 – ci il sentyabrın 15 – də Afşin Babəki özü ilə birlikdə götürüb Bərzənddən Samirəyə yola düşdü .Yola düşməzdən əvvəl Babək Afşinin icazəsi və müşayiəti ilə sonuncu dəfə Bəzz qalası ilə vidalaşdı .Onlar 838 – ci ilin yanvarın 4-də Samirəyə çatdılar .Həmin ilin martın 14 – də Babək ayaqları və qolları kəsilərək edam edildi . Babək də Azərbaycanın tarix səlnaməsində məhşur igidlərimizdən biridir . Bunu heç vaxt unutmayın !
Fikirlərinizi bildirməyi unutmayın!!!
![]()


